...

Mərkəzi Nəzarət Təftiş Komissiyası AMİP sədrinin fəaliyyəti ilə bağlı yanvarın 14-də açıqlama verəcək

Siyasət Materials 5 Yanvar 2006 16:08 (UTC +04:00)

"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyevin fəaliyyəti ilə bağlı Mərkəzi Nəzarət Təftiş Komissiyası tərəfindən aparılan araşdırmanın nəticələri yanvarın 14-də açıqlanacaq". Trend xəbər verir ki, bu barədə adıçəkilən komissiyanın sədri Əlişir Hacıyev bildirib.

Ə.Hacıyev qeyd edib ki, partiyanın Siyasi Şurası tərəfindən AMİP sədri Əli Əliyevin fəaliyyətinin araşdırılması ilə bağlı komissiyaya edilən müraciətin vaxtı artıq başa çatıb: "Komissiyanın nəzdində yaradılan təhqiqat qrupu Əli Əliyevin fəaliyyətini araşdırıb və lazımi ittihamları ona ünvanlayıb".

Ə.Hacıyev onu da bildirib ki, komissiyanın yanvarın 14-də keçiriləcək iclasında bu barədə açıqlama veriləcək.

Xəbər lenti

Xəbər lenti