...

Azərbaycan Naminə və Azərbaycan Yolu hərəkatları təkrar seçkilərdə iştirak edəcək

Siyasət Materials 6 Yanvar 2006 14:13 (UTC +04:00)

"Azərbaycan Naminə Hərəkat (ANH) 2006-cı il mayın 13-də keçiriləcək təkrar parlament seçkilərində iştirak edəcək". Trend xəbər verir ki, bu barədə ANH lideri İlqar Qasımov bildirib.

İ.Qasımov onu da qeyd edib ki, artıq üç seçki dairəsini müəyyənləşdiriblər: "Təkrar seçkilərə hələ bir müddət qaldığından digər seçki dairələrindən də namizədlərimizi irəli sürəcəyik".

ANH lideri rəhbərlik etdiyi digər qurumun - Azərbaycan Yolu Hərəkatının da təkrar seçkilərə qatılacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti