...

Azərbaycan prezidenti respublikanın pravoslav icmasını Milad bayramı münasibətilə təbrik edib

Siyasət Materials 6 Yanvar 2006 20:44 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 6-da respublikanın pravoslav icmasını Milad bayramı münasibətilə təbrik edib.

Təbrikdə xüsusilə qeyd olunur: "Azərbaycanda tarixən ayrı-ayrı dinlər qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində mövcud olmuş və bu gün də dinc yanaşı fəaliyyət göstərməkdədir. Qeyd etmək xoşdur ki, İslam dini özündən əvvəlki dinlərə və səmavi kitablara, o cümlədən xristianlığa yüksək ehtiramla yanaşmışdır. Müsəlmanların müqəddəs kitabı Qurani Kərimdə İsa peyğəmbər və onun mövludundan bəhs olunur. Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycanda heç vaxt digər dinlərin nümayəndələrinə qarşı dini ayrı-seçkilik hallarına yol verilməyib".

"Respublikada yaşayan xalqlar öz dil və milli adət-ənənələrini qoruyub saxlayaraq daha da inkişaf etdirmişlər. Azərbaycanın digər vətəndaşları kimi pravoslav xristianları da öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir"-deyə məlumatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti