"Böyük Quruluş Partiyası namizəd kimi İbrahim Məmmədovu Mərkəzi Seçki Komissiyasına göndərməklə bağlı qərar qəbul edib". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.
Partiya sədri bu barədə MSK-ya məktub ünvanladığını qeyd edib.
Qeyd edək ki, parlamentdə təmsil olunan partiyalar, bitərəflər yanvarın 10-dək öz nümayəndələrini MSK-ya göndərməlidir.
Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev müavini Tahir Əliyevi, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə Akif Qurbanovu namizəd kimi MSK-ya göndərdiyini bildirib.