...

İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Siyasət Materials 9 Yanvar 2006 18:31 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 9-da Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. Bu barədə Trend məlumat yayıb.

Təbrik məktubunda bildirilir: "Azərbaycan xalqı uzun illər yad ideologiya və rejimlərin qadağaları şəraitində yaşamalı olsa da, inanc və mərasimlərini günümüzə kimi qoruyub saxlayıb. Bu gün demokratik-hüquqi prinsiplərin, din və vicdan azadlığının bərqərar edildiyi Azərbaycan Respublikasında hər il dövlət səviyyəsində qeyd olunan Qurban bayramı da belə əbədiyaşar adətlərimizdəndir.

Bu müqəddəs bayram günlərində respublikamızın daha da tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün etdiyimiz dua və niyyətlərə qoşularaq, Azərbaycanın müstəqilliyi və azadlığı yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir daha böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm. Əmin olduğumu bildirirəm ki, bu ilki mübarək Qurban bayramı da ölkəmizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin təntənəsinə çevriləcəkdir".

Xəbər lenti

Xəbər lenti