...

Ümid Partiyası zona müşavirələrini martda yekunlaşdıracaq

Siyasət Materials 11 Yanvar 2006 13:43 (UTC +04:00)

Ümid Partiyası növbəti qurultayına hazırlıqla bağlı zona müşavirələrini martda yekunlaşdıracaq. Bu barədə Trend ə adıçəkilən partiyanın sədri, millət vəkili İqbal Ağazadə bildirib.

İ.Ağazadə onu da qeyd edib ki, partiyanın zona müşavirəlrinin keçirilməsinə icra strukturları mane olur: "Yanvarın 12-də Əlibayramlı şəhərində zona müşavirəsi keçirmək üçün şəhər icra hakimiyyətinə müraciət etmişik. Hələlik bizim üçün müvafiq yer ayrılmayıb".

Partiya sədri əlavə edib ki, zona müşavirələri başa çatdıqdan sonra təşkilat komitəsi qurultaya hazırlıqla bağlı hesabat hazırlayacaq. Partiyanın qurultayının nə vaxt keçiriləcəyi ilə bağlı indi dəqiq tarix söyləyə bilməyəcəyini qeyd edən İ.Ağazadə bu barədə zona müşavirələri başa çatdıqdan sonra dəqiqləşdirmə aparılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti