...

Bakı Şəhər İcra Hakimiyyəti yanvarın 13-də Xətai adına Sarayda Gənclər Forumunun keçirilməsinə izacə verib

Siyasət Materials 11 Yanvar 2006 16:49 (UTC +04:00)

"Azadlıq" blokuna daxil olan partiyaların gənclər təşkilatlarının təşəbbüsü və birgə təşkilatçılığı ilə yanvarın 13-də Xətai adına Mədəniyyət Sarayında gənclərin Forumu keçiriləcək. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib. Tədbirlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdi.

Yanvarın 11-də Bakı Şəhər İcra Hakimiyyəti Forumun təşkilatçılara cavab məktubu göndərib və həmin gün saat 15.00-dan 17.00-dək tədbirin keçirilməsinə izacə verib.

Azərbaycan Xalqc Cəbhəsi, Azərbaycan Demokrat və Müsavat partiyalarının Gənclər Təşkilatları Forumda Azərbaycandakı ictimai-siyasi vəziyyəti, mövcud problemləri müzakirəyə çıxaracaqlar. Forumun keçirilməsində məqsəd ölkədə siyasi, iqtisadi, sosial sahələrdəki mövcud probemlərin həlli yollarını axtarmaq, gənclərin bu işdə rolunu, yerini müəyyən etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti