...

Mirəlioğlu partiyanın adında dəyişikliklərin ediləcəyini istisna etməyib

Siyasət Materials 13 Yanvar 2006 14:35 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (klassiklər) növbəti qurultayına hazırlıqla bağlı Ali Məclisin iclasında qərar qəbul edəcək. Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Mirmahmud Mirəlioğlu bildirib.

M.Mirəlioğlu qeyd edib ki, hələlik partiyanın qeydiyyatı məsələsinin həlli nəzərdə tutulub: "Ali Məclisin növbəti toplantısında bu məsələ ilə bağlı müzakirələr aparılacaq. Bu məsələ öz həllini tapdıqdan sonra partiyanın qurultayı çağırılacaq".

M.Mirəlioğlu partiyanın adında dəyişikliklərin ediləcəyini də istisna etməyib: "Qeydiyyat məsələsini həll etmək üçün bu variantdan da istifadə edilə bilər".

Xəbər lenti

Xəbər lenti