...

Parlamentdəki deputat qrupu martda proqram və təkliflərini Milli Məclisə təqdim edəcək

Siyasət Materials 13 Yanvar 2006 17:07 (UTC +04:00)

Milli Məclisdə yaradılmış 6 nəfərlik deputat qrupu parlamentin yaz sessiyasında konkret proqramlarla və təkliflərlə çıxış edəcək. Bu barədə Trend ə həmin deputat qrupunda təmsil olunan İqbal Ağazadə məlumat verib.

O, bildirib ki, deputat qrupu fəaliyyətini davam etdirir və Milli məclisdə hansı məsələləri müzakirəyə çıxarmağı müəyyənləşdirir. İqbal Ağazadənin sözlərinə görə, deputat qrupu bir neçə sahə üzrə proqramlar hazırlayacaq və mart ayında müzakirəyə çıxaracaq. Millət vəkili həmçinin qeyd edib ki, parlamentdə Fraksiya yaradılması üçün üzvlərin sayının 25-dən 15-12-yə endirilməsi təklifi ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti