...

BVF Azərbaycanın neft məhsullarının qiymətinin artırılması barədə qərarını alqışlayır

Siyasət Materials 13 Yanvar 2006 18:53 (UTC +04:00)
BVF Azərbaycanın neft məhsullarının qiymətinin artırılması barədə qərarını alqışlayır

Beynəlxalq valyuta fondu (BVF) Azərbaycanda neft məhsullarının daxili pərakəndə qiymətinin dünya standartlarına yaxınlaşdırılmasını alqışlayır. BVF-nin Bakı nümayəndəliyinin rəhbəri Bazel Zavoyko Trend ə eksklyuziv olaraq bildirib ki, Azərbaycandakı istifadəçilər ehtiyatlar azaldıqda daha da tükənməməsi üçün karbohidrogenlərin düzgün istifadəsinə alışmalıdır. Buna görə də müəyyən mərhələdə Azərbaycanda çox aşağı olan mövcud istehsal sistemini dəyişmək üçün qiymətləri artırmaq lazımdır.

Eyni zamanda BVF hesab edir ki, öncə əhalinin yoxsul təbəqəsində neft məhsullarının qiymətinin artım təsirini müəyyən etmək vacibdir. B.Zavoyko qeyd edib ki, valyuta fondu Azərbaycan hökumətinə bunu hələ 2004-cü ilin dekabrında yazılmış məktubda tövsiyə edib. 2005-ci ildə hökumətin vəzifəsinə öncə 2004-cü ilin noyabrında baş vermiş qiymət artımının təsirinə baxılması daxildir. Amma Fondun Bakı nümayəndəliyinin rəhbəri hesab edir ki, bəzi neft məhsullarında qiymətlərin hazırkı artımı üçün hökumətin əsası vardı. Çünki bir neçə aydan sonra ünvanlı sosial yardımın təqdim edilməsi mexanizminin tətbiqi başlayır və bu çərçivədə də kompensasiya ediləcək.

Əhalinin narazılığına gəlincə, o, hesab edir ki, bu, istənilən qiymət artımına təbii reaksiyadır. Zavoyko hesab edir ki, bu, hər şeydən çox Gürcüstana neft məhsullarını ixrac edənlərin gəlir mənbəyinə zərbə vuracaq.

Nümayəndəliyin rəhbəri həm də qiymət artımının inflyasiya prosesinə təsiri ilə bağlı münasibətini bildirib. "Qiymət artımı real inflyasiyaya səbəb olan mənbə ola bilməz. Bu, eyni zamanda baş verən prosesdir və mən düşünürəm ki, hökumət nəzərdə tutduğu məqsədə və inflyasiya artımı tempinin birrəqəmli səviyyədə saxlanılmasına nail olacaq" -deyə B.Zavoyko qeyd edib. Əgər hökumət çevik monetar və xəzinə siyasətini davam etdirsə Valyuta fondu bunu mümkün hesab edir.

Xəbər lenti

Xəbər lenti