...

Lənkəranda "quş qripi"nin əlamətləri aşkar olunmayıb

Siyasət Materials 14 Yanvar 2006 13:41 (UTC +04:00)

Lənkəranın Baytarlıq Xidməti tərəfindən aparılan laboratoriya araşdırmalarına görə, bu rayonda "quş qripi" virusunun hər hansı əlaməti aşkar olunmayıb. Trend in məlumatına görə, bu barədə yanvarın 13-də Lənkəran Baytarlıq Xidmətinin "quş qripi" ilə mübarizəyə həsr olunmuş kollegiyasında məlumat verilib.

İcra Hakimiyyətinin rəhbəri Süleyman Mikayılovun sədrliyi altında keçirilən kollegiyada 2005-06-cı illərdə Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya Nazirliklərinin tədbirlərin planlarını həyata keçirmək məqsədindən irəli gələn məsələ və öhdəliklər müzakirə olunub. Zona baytarlıq laboratoriyalarına, rayonun baytarlıq idarəsinə, epidemiologiya və gigiyena mərkəzinə, səhiyyə şöbəsinə və digər müvafiq strukturlara quşların ovlanması və satışı, ev quşlarının satışına qoyulan qadağanın gücləndirilməsi, "quş qripi"nin profilaktikası ilə bağlı əhali arasında maarifləndirmə işinin təşkili, şəxsi təsərrüfatlarda bütün sanitar-gigiyena normalarının yerinə yetirilməsi, tibb müəssisələrində epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti