...

Bakıda hərbi seminar başlanıb

Siyasət Materials 16 Yanvar 2006 14:25 (UTC +04:00)

Yanvarın 16-da Bakı şəhərində "Komanda və qərargah təlimi" mövzusunda hərbi seminar başlanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq keçirilən seminar 3 gün davam edəcək.

Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan və Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Buxarestdə öz işinə başlayan "Həyatda qalma kursu"nda iştirak edir.

Xəbər lenti

Xəbər lenti