...

Cinayət-Prosesual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə qərar layihəsi müzakirə olunub

Siyasət Materials 16 Yanvar 2006 16:16 (UTC +04:00)

Yanvarın 16-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda Cinayət-prosesual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə qərar müzakirə olunub. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Plenumda, həmçinin, Ali Məhkəmənin məhkəmə kollegiyalarının sədrlərinin 2005-ci il ərzində görülmüş işlərə dair məlumatları dinlənilib və dinləmələrə dair geniş müzakirələr, təhlillər aparılıb.

Plenumda Bakı şəhəri, Nizami rayon Məhkəməsinin hakimi Vilayət Nadirovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Məhkəmə Hüquq Şurasının 17 avqust 2005-ci il tarixli qərarından verdiyi şikayətə də baxılıb.

Müzakirə olunan məsələlər və baxılan işlər barədə Plenum iştirakçıları tərəfindən müvafiq qərarlar qəbul edilib.

Plenumun işində Azərbaycan Respublikası Baş prokurorunun müavini Eldar Nuriyev də iştirak edib.

Xəbər lenti

Xəbər lenti