...

Gəncədə çoxmərtəbəli binaların inşası dayandırılıb

Siyasət Materials 16 Yanvar 2006 17:17 (UTC +04:00)

Gəncə şəhərinin baş memarı Məmməd İbrahimovun Trend in nümayəndəsinə verdiyi məlumata görə, şəhərin mərkəzində xüsusən qədim tarixi binaların yerləşdiyi və onlara yaxın olan ərazilərdə çoxmərtəbəli binaların inşasına qadağa qoyulub. Bu qərar icra başçısı Eldar Əzizovun sədrliyi ilə keçirilmiş şəhər şurasının növbəti iclasında çıxarılıb. Onun sözlərinə görə, son vaxtlar əhalinin mənzilə olan tələbatı artdığından yerli və xarici iş adamları Gəncəni çoxmərtəbəli binaların inşası mərkəzinə çevirib. Son 6 ayda 9 çoxmərtəbəli bina inşa edilərək istifadəyə verilib.

Xatırladaq ki, müvafiq qərarın qəbul edilməsində şəhər ictimaiyyəti də fəallıq göstərib. Belə ki, əksər çoxmərtəbəli binalar qədim tarixi binaların ətrafında ucaldıldığından bu, gözəl abidələrin görkəminə xələl gətirir, onları görünməz edir. Şəhər əhalisi bir neçə dəfə icra başçısına müraciət edərək belə neqatıv hallara son qoymağı xahiş edib.

Çoxmərtəbəli binaların bundan sonra inşa edilib-edilməməsinə gəldikdə memar bunun yalnız şəhərdən kənar boş sahələrdə icra başçısının müvafiq sərəncamı ilə baş verəcəyinin mümkünlüyünü qeyd edib.

Xəbər lenti

Xəbər lenti