...

Naxçıvan Muxtar Respublikası Vergilər nazirliyinin kollegiya iclasında 2005-ci ilin hesabat məruzəsi dinlənilib

Siyasət Materials 16 Yanvar 2006 17:28 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Vergilər nazirliyində kollegiya iclası keçirilib. İclasda vergilər naziri Rafiq Mehdiyev əvvəl gündəlikdə duran məsələlərdən danışıb, sonra isə 2005-ci ildə görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. 2005-ci ildə büdcəyə daxilolmalar üzrə proqnoz tapşırıqlarına 173,6% əməl olunub. Nəzərdə tutulan 48,3 milyard manata qarşı 83,9 milyard manat toplanıb və büdcəyə proqnozda nəzərdə tutulduğundan 35,6 milyard manat artıq vəsait cəlb olunub. Bu da 2004-cü illə müqayisədə 21,5 milyard və ya 34,5% çoxdur.

Naxçıvan şəhərində büdcəyə 12,9 milyard manata qarşı 38,4 milyard manat, Babək rayonunda 4,2 milyard manata qarşı 8,3 milyard manat, Şərur rayonunda 5,8 milyard manata qarşı 11,7 milyard manat, Ordubad rayonunda 1,6 milyard manata qarşı 5 milyard, Culfa rayonunda 1,4 milyard manata qarşı 4,8 milyard manat, Şahbuz rayonunda 904 milyon manata qarşı 3,6 milyard manat, Sədərək rayonunda 325 milyon manata qarşı 1,4 milyard, Kəngərli rayonunda isə 800 milyon manata qarşı 3,4 milyard manat vəsait daxil edilib.

Xəbər lenti

Xəbər lenti