...

Tahir Abbaslı: "Bizim Azərbaycan" blokunu heç bir partiya tərk etməyib

Siyasət Materials 17 Yanvar 2006 12:13 (UTC +04:00)

"Müsavat başqanı İsa Qəmbəri sədr kimi tanımayan "Bizim Azərbaycan" blokunda təmsil olan partiyalardan 2-si Azərbaycan Yolu Hərəkatında, 4-ü isə Millətçi Demokratlar Hərəkatında fəaliyyət göstərir". Bu barədə Trend ə "Bizim Azərbaycan" blokunun təsisçilərindən olan Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev bildirib.

B.Quliyev onu da qeyd edib ki, İ.Qəmbərə etimadsızlıq göstərən tərəf artıq parçalanıb.

İ.Qəmbəri sədr kimi qəbul etməyən "Bizim Azərbaycan" blokunun digər tərəfinin rəhbəri İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı isə B.Quliyevin dediklərini təkzib edib. T.Abbaslı qeyd edib ki, sədri olduğu bloku heç bir partiya tərk etməyib: "Xalq Azadlıq Partiyası ilə Xalq Dirçəliş Partiyası Azərbaycan Yolu Hərəkatı ilə əməkdaşlıq edir. Ancaq bu o demək deyil ki, həmin partiyalar bloku tərk edib".

T.Abbaslı blokdan 4 partiyanın Millətçi Demokratlar Hərəkatına keçməsini də təkzib edib: "Fəaliyyətimiz onları narahat etdiyi üçün İsa Qəmlərin adamları bizə böhtan atmaqla məşğuldur".

Xəbər lenti

Xəbər lenti