...

Müsavat Partiyası MSK-ya nümayəndə göndərməkdən imtina edib

Siyasət Materials 17 Yanvar 2006 13:44 (UTC +04:00)

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasına (MSK) nümayəndə göndərməkdən imtina edib. Bu barədə Trend ə Müsavat Partiyası başqanının birinci müavini Vurğun Əyyub məlumat verib. O bildirib ki, partiya Milli Məclisə məktubla müraciət edib, MSK-nın yenidən formalaşdırılması prinsiplərinə dair təfərrüatı ilə məlumat verilməsini istəyib. Lakin partiyanın müraciətinə hələ də cavab verilməyib.

"Milli Məclis tərəfindən bizim müraciətimizə cavab verilmədiyi üçün biz MSK-nın bizə məlum olmayan şəkildə formalaşdırılmasında iştirak etməyəcəyik", - deyə partiya funksioneri vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin parlament seçkisində qalib gəlmiş partiyalara MSK-ya nümayəndə göndərməsi üçün verdiyi müddət artıq başa çatıb.

Müsavat Partiyasının deputat seçilmiş üzvlərinin mandatdan imtina edib-etməyəcəyinə gəldikdə, Vurğun Əyyub deyib ki, fevralda keçiriləcək Ali Məclisin iclasında bu barədə qərar qəbul ediləcək. Hələlik isə partiya müsavatçı deputatların Ali Məclisin iclasına qədər parlamentin iclaslarında iştirak etməməsinə qərar verib.

Xəbər lenti

Xəbər lenti