...

Dövlət baytarlıq xidmətinin rəhbəri: "Azərbaycan əhalisi çəkinmədən iri müəssisələrin quş məhsullarını ala bilər"

Siyasət Materials 17 Yanvar 2006 14:57 (UTC +04:00)
Dövlət baytarlıq xidmətinin rəhbəri: "Azərbaycan əhalisi çəkinmədən iri müəssisələrin quş məhsullarını ala bilər"

"Azərbaycan əhalisi çəkinmədən iri müəssisələrin quş məhsullarını ala bilər". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov məlumat verib.

Onun sözlərinə görə, quşlar müəssisədə qapalı yerdə saxlandığından virusun yaranması təhlükəsi yoxdur. "Bura "quş qripi" virusunun daşıyıcıları olan vəhşi quşlar gələ bilməz", - deyə o vurğulayıb.

"Əgər Azərbaycanda bu xəstəliyin əlamətləri aşkar olunmayıbsa, nə üçün bu məhsullardan istifadə etməyək? Bundan başqa, quşlar bişirilərkən bütün viruslar qaynama prosesində məhv olur", - deyə İ.Həsənov qeyd edib.

Onun sözlərinə görə, bu xəstəlik viruslu quşlara yaxın olan insanlarda müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti