...

Lalə Şövkət deputat mandatından rəsmən imtina etdi

Siyasət Materials 17 Yanvar 2006 16:16 (UTC +04:00)

"Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət yanvarın 17-də deputat mandatından imtina etməsi barədə Mərkəzi Seçki Komissiyasına məktub göndərib. Bu barədə keçirdiyi mətbuat konfransında Lalə Şövkət özü məlumat verib. O, bu qərarını 6 noyabr parlament seçkisinin kütləvi şəkildə saxtalaşdırılması və nəticədə xalqın seçmək-seçilmək hüququqdan məhrum edilməsi ilə əsaslandırıb.

Lalə Şövkət xatırladıb ki, bu qərarını müttəfiqləri ilə bərabər müxalifətin ümumrespublika forumunda vermişdi. Milli Birlik Hərəkatının lideri qeyd edib ki, deputat mandatından imtina etməsi onun tərəfindən ən böyük etiraz aksiyasıdır. Lalə Şövkət əlavə edib ki, "Azadlıq" blokunda təmsil olunan partiyalar da bu addımı atmalıdırlar: "Azadlıq" blokunun hələ ki bu barədə qəti qərarı yoxdur. Amma mən ümid edirəm ki, "Azadlıq" bloku indiki parlamentdən imtina edəcək və müxavlifət yeni parlamentin formalaşdırılması uğrunda birgə mübarizə aparacaq"-deyə Lalə Şövkət bildirib.

Xəbər lenti

Xəbər lenti