...

Bitərəf deputatlar MSK-ya öz nümayəndələrini gələn həftə müəyyənləşdirə bilərlər

Siyasət Materials 17 Yanvar 2006 16:47 (UTC +04:00)

"Milli Məclisdə təmsil olan bitərəf millət vəkilləri Mərkəzi Seçki Komissiyasına (MSK) öz nümayəndələrini gələn həftə müəyyənləşdirə bilər". Bu barədə Trend ə bitərəf deputatlardan olan Gültəkin Hacıyeva bildirib.

Qeyd edək ki, MSK-nın formatına əsasən bitərflər komissiyada 6 nümayəndə ilə təmsil oluna bilərlər.

G.Hacıyeva bildirib ki, bitərəf millət vəkilləri arasında sözügedən məsələ ilə bağlı müzakirələr aparılıb: "Deputatlar yanvarın 15-dək tətildə olduqlarından bu məsələni yekunlaşdıra bilməmişik. Gələn həftə bu məsələ yenidən aramızda müzakirə ediləcək. Çox güman ki, bu müzakirələr nəticəsində öz həllini tapacaq".

Onu da bildirək ki, parlamentdə 40-a yaxın bitərəf millət vəkili təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti