...

Rəcəb Tayib Ərdoğan: "Ankara qonşu ölkələrin ərazi bütövlüyündə dərindən maraqlıdır"

Siyasət Materials 17 Yanvar 2006 17:14 (UTC +04:00)
Rəcəb Tayib Ərdoğan: "Ankara qonşu ölkələrin ərazi bütövlüyündə dərindən maraqlıdır"

"Türkiyənin xarici siyasəti "həmsərhəd dövlətlər arasında dostlar qazanmağa" yönəldilib". Ankara qonşu ölkələrin ərazi bütövlüyündə maraqlıdır. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, bu barədə yanvarın 17-də Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan bəyan edib.

"Türkiyə ilə sərhəd dövlətlərin ərazi bütövlüyü, daxili təhlükəsizliyi və siyasi sabitliyi Ankaranın diqqət mərkəzindədir", - deyə nazir qeyd edib. Onun sözlərinə görə, bu kurs "elə qonşuların rifahının yaxşılaşmasına yönəldilib".

R.T.Ərdoğan bildirib ki, Türkiyə yer kürəsinin ən "qaynar" regionlarından birində yerləşib. "Heç kimin problemlərin aradan qaldırılması vasitəsi kimi dialoq və diplomatiyadan imtina etmək ixtiyarı yoxdur", - deyə o vurğulyaıb.

"Türkiyə mədəniyyət sahəsində tarixən qazanılan və sülhün qorunmasına imkan verən təcrübəyə malikdir və biz istəyirik ki, bizim yaxın dostlarıımız kimi, uzaq tanışlarımız da bu təcrübədən yararlansın", - deyə hökumət başçısı sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti