...

Aclıq aksiyasının dördüncü iştirakçısı da xəstəxanaya yerləşdirildi

Siyasət Materials 17 Yanvar 2006 18:16 (UTC +04:00)

21 gündür aclıq aksiyası keçirən gənclərdən biri - Namiq Feyziyev yanvarın 17-də səhhəti pisləşdiyi üçün Təcili Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb. Trend in məlumatına görə, həkimlər onun bədənində, xüsusilə də qarnında kəskin ağrıların olduğunu, qan təzyiqinin 90/50-yə düşdüyünü bildiriblər. Namiq Feyziyev 1 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, aclıq aksiyasının digər iştirakçıları Emin Hüseynov, Turan Əliyev və Elnur Məmmədov da həmin xəstəxanada müalicə olunurlar. Həkimlərin tövsiyələrinə baxmayaraq, gənclər tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirmək niyyətindədirlər.

Xatırladaq ki, bu gənclər xaric edildikləri ali məktəblərə bərpa olunmağı, tələbələrə siyasi baxışlarına görə təzyiqlər göstərilməsinə son qoyulmasını tələb edirlər.

Xəbər lenti

Xəbər lenti