...

Təkrar parlament seçkisində 27 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib

Siyasət Materials 17 Yanvar 2006 18:46 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkilərində iştirak edənlərdən 27 nəfərin namizədliyi təsdiqlənib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Yanvarın 17-si axşam saatlarına olan məlumata əsasən, ümumilikdə 27 nəfərin namizədliyi MSK tərəfindən təsdiqlənib. Bu namizədlərdən 23 nəfəri imza rərəqələrini götürüblər. 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyini verən 3 nəfərdən biri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən 15 nəfər namizəd, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə 3 namizəddən biri, 44 saylı Sumqayıt-Abşeron dairəsindən hər üç namizəd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsindən 1 namizəd, 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsindən bir, 119 saylı Ağdam kənd seçki dairəsindən də həmçinin bir nəfər namizəd öz imza vərəqələrini götürüb.

Namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərdən partiya mənsubiyyətinə görə ikisi, Yeni Azərbaycan Partiyasının (YAP), bir nəfər Müsavat, bir nəfər də Ədalət Partiyasının üzvləridir. Namizədlərdən 4 nəfəri qadın qalanları kişilərdir.

Xəbər lenti

Xəbər lenti