...

MSK iki gün ərzində Lalə Şövkətin deputat mandatını ləğv edəcək

Siyasət Materials 17 Yanvar 2006 19:16 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) iki gün ərzində Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin deputat mandatının ləğvi barədə qərar çıxaracaq. Bu barədə Trend ə MSK-nın mətbuat və informasiya xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Qeyd edək ki, Lalə Şövkət deputat mandatından imtina etməsi barədə yanvarın 17-də MSK-ya məktubla müraciət edib. Azər Sarıyev bildirib ki, Seçki məcəlləsinin 176-cı maddəsinə əsasən, deputat mandatından imtina edən şəxsin ərizəsinə həmin müraciət MSK-ya daxil olan vaxtdan ən azı iki gün ərzində baxılmalıdır. Buna görə də MSK yanvarın 18-i və ya 19-da iclasda Lalə Şövkətin müraciətinə baxmalı, səsə qoyulmalı və deputat statusunun ləğvi barədə qərar çıxarmalıdır. Lalə Şövkətin deputat seçildiyi 17 saylı Yasamal üçün seçki dairəsi üzrə prezidentin sərəncamı ilə əlavə seçki keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti