...

Şahlar Əsgərov təkrar seçkilərdə iştirak etməyəcək

Siyasət Materials 18 Yanvar 2006 14:49 (UTC +04:00)

Parlamentin elm və təhsil komissiyasının sabiq sədri professor Şahlar Əsgərov 2006-cı il mayın 13-də keçiriləcək təkrar seçkilərə qatılmayacaq. Bu barədə Trend ə özü bildirib.

Qeyd edək ki, 2005-ci il 6 noyabr parlament seçkilərində Ş.Əsgərov namizədliyini 95 saylı Tərtər seçki dairəsindən vermişdir.

Ş.Əsəgrov onu da bildirib ki, təkrar seçkilərdə iştirak etməsi ilə bağlı müəyyən dairələrdən ona təkliflər olunsa da o, bundan imtina edib. Səbəbini isə belə açıqlayıb: "İnsan daima bir işlə məşğul ola bilməz".

Xəbər lenti

Xəbər lenti