...

Baku Steel Company fevralın 1-dən istehsalı bərpa etməyi planlaşdırır

Siyasət Materials 18 Yanvar 2006 15:10 (UTC +04:00)
Baku Steel Company fevralın 1-dən istehsalı bərpa etməyi planlaşdırır

Fevralın 1-dən Baku Steel Company istehsalı bərpa etməyi planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə şirkətin rəhbəri Paolo Pərviz yanvarın 18-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, zavodun fəaliyyətinin 2 həftə müddətinə dayandırılması armatur istehsalında istifadə olunan metal xammalının çatışmazlığı ilə bağlıdır. Müəssisədə xammala olan gündəlik tələbat 1 000 tondur.

"Bu məsələ qısa müddət ərzində həll olunacaq. Bundan başqa, ölkənin Nazirlər Kabinetində də müvafiq görüş keçirilib", - deyə o qeyd edib.

Şirkət rəhbəri bildirib ki, bu məsələnin şirkətin 2200 nəfər işçisi ilə heç bir əlaqəsi yoxdur. Əməkdaşlar öz xahişi ilə ödənilən qısa məzuniyyətə çıxır.

"İstehsalın dayandırıldığı müddətdə müəssisədə müxtəlif təmir işləri aparılacaq və zavod fevralın 1-dən işə başlayacaq", - deyə P.Pərviz qeyd edib.

Xəbər lenti

Xəbər lenti