...

Sabiq hərəkatçılar arasında memorandum imzalanır

Siyasət Materials 18 Yanvar 2006 15:22 (UTC +04:00)

"Milli Dirçəliş Hərəkatının (MDH) təşəbbüsü ilə milli azadlıq hərəkatında iştirak edən şəxslər arasında 6 bənddən ibarət memorandumun imzalanması prosesi aparılır". Bu barədə Trend ə MDH lideri Fərəc Quliyev bildirib.

F.Quliyev vurğulayıb ki, bəndlərdə Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın ərazi bütövlüyü, diasporların fəaliyyəti və digər milli maraqlara xidmət edən amillər nəzərdə tutulub: "İndiyədək 100-ə qədər hərəkatçının imzaladığı sənədi sabiq hərəkatçıların manifesti də adlandırmaq olar".

MDH lideri onu da bildirib ki, sənədin imzalanma prosesi başa çatdıqdan sonra mətbuat konfransı keçirilərək, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti