...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Strasburqa yanvarın 21-də yola düşəcək

Siyasət Materials 18 Yanvar 2006 16:44 (UTC +04:00)

"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun qış sessiyasında iştirak etmək məqsədilə yanvarın 21-də Strasburqa yola düşəcək". Bu barədə Trend ə nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva bildirib.

Onu da bildirək ki, əsas heyətdə millət vəkilləri Səməd Seyidov, Əli Hüseynov, Sabir Hacıyev, Rafael Hüseynov, Gültəkin Hacıyeva, Qənirə Paşayeva, əlavə heyətdə isə Asim Mollazadə, Aydın Mirzəzadə, Əkrəm Abdullayev, Elmira Axundova və Aynur Quliyeva təmsil olunurlar.

G.Hacıyeva AŞPA-nın qış sessiyasında totalitar kommunist rejimlərinin cinayətləri, Avropa və faşizm, Avropada miqrasiya və imiqrasiya, Ermənistanda keçirilən referendum və Çeçenistanda keçirilən parlament seçkilərinin nəticələri, Avropada su resurslarından istifadə, gizli həbsxanaların olması, millət anlayışı və digər məsələlərin müzakirə olunacağını bildirib.

Sessiya yanvarın 23-dən 27-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti