...

Azadlıq Hərəkatçılar Birliyi təsis qurultayını keçirib

Siyasət Materials 18 Yanvar 2006 16:56 (UTC +04:00)

Milli azadlıq hərəkatında iştirak edən insanların bir qrupu yanvarın 18-də "Ərzurum" şadlıq sarayında qurultay keçirərək Azadlıq Hərəkatçılar Birliyini (AHB) təsis edib. Bu barədə Trend ə AHB Ali Şurasının üzvü Təhmasib Novruzov bildirib.

T.Novruzov qeyd edib ki, AHB millətçilik və dövlətçilik prinsipləri üzərində fəaliyyət göstərəcək: "Birliyin 9 nəfərdən ibarət Ali Şurası formalaşıb. Bundan sonra Ali Şura tərəfindən İcra Aparatı yaradılacaq və bu iki struktur birliyin fəaliyyətini tənzimləyəcək".

AHB-nin Ali Şurasına Firudin Cəlilov, Nəsir Ağayev, qazaxlı Alik Muradov, Mürvət Mehrablı, Qəvami Sadıqbəyli, Təhmasib Novruzov, Qurban Musayev, Zeynəb Göyçəli və Səmayə Nuriyeva daxildir.

Xəbər lenti

Xəbər lenti