...

Nazim İsmayılov: ABŞ Dövlət departamenti Azərbaycan ərazilərinin minalardan təmizlənməsi Milli agentliyinə 2 mln. dollar ayırıb

Siyasət Materials 18 Yanvar 2006 20:18 (UTC +04:00)

ABŞ Dövlət departamentinin Azərbaycan ərazilərinin minalardan təmizlənməsi Milli agentliyinə (ANAMA) 2006-cı ildə göstərdiyi maliyyə yardımı 2 mln. dollar təşkil edib. Trend bildirir ki, yanvarın 18-də ANAMA-nın direktoru Nazim İsmayılov ABŞ-ın Avropa komandanlığı rəhbərinin müavini general Çarlz (Çak) Vold ilə görüşünün yekunlarını şərh edərkən bildirib.

"Həmin saziş bu gün Ç. Vold Dövlət departamenti nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə təsdiq edilib"-deyə N. İsmayılov qeyd edib və bildirib ki, həmin maliyyə dəstəyi bütünlükdə ABŞ Dövlət Departamentinin hesabına ayrılır.

Onun sözlərinə görə, həmin əvsaitlər agentliyin şəxsi heyətinin kadr hazırlığı, avadanlıq alınması, minaların, partladılmamış sursatın zərərsizləşdirilməsi və digər məqsədlər üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti