...

Vəhdət Partiyası təkrar seçkilərə qatılmaqla bağlı müttəfiqləri ilə məsləhətləşmələr aparacaq

Siyasət Materials 19 Yanvar 2006 14:23 (UTC +04:00)

Vəhdət Partiyası 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edə bilər. Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Tahir Kərimli bildirib.

T.Kərimli qeyd edib ki, bu məsələ yalnız Avropa Şurasının Azərbaycanda keçirilmiş 2005-ci il 6 noyabr parlament seçkilərinin nəticələrinə verəcəyi qiymətdən və təkrar seçkilərdə iştirakla bağlı müxalifətin mövqeyindən asılı olacaq: "Məsələ ilə bağlı müttəfiqlərimizlə də məsləhətləşmələr aparacağıq. Ola bilsin ki, təkrar seçkilərə blok şəklində də qatılaq".

Partiya sədri onu da bildirib ki, təkrar seçkilərdə iştirak etməklə bağlı məsələ partiyanın Baş Məclisində müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti