...

Rövşən Hüseynzadə: "Qazaxıstan sahillərində Azərbaycanın saya oturmuş gəmi heyəti yanvarın 20-də vətənə qayıdacaq"

Siyasət Materials 19 Yanvar 2006 15:58 (UTC +04:00)

Azərbaycanın PTC-201 balıqçı gəmisinin 8 üzvü Qazaxıstanın Manqıstau vilayətinin Bautino qəsəbəsində 22-03 saylı hərbi hissənin ərazisindədir və yanvarın 20-də təyyarə ilə Bakıya göndəriləcək. Trend in "Space" telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyinin konsulu Rövşən Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, heyətin bərk donmuş 3 üzvünün vəziyyəti ağır olaraq qalır və onlar həkimlərin nəzarəti altındadır.

Heyətin tərkibinə Babayev Əziz, Ağayev Rauf, Abdullayev Vüqar, Əliyev Zöhrab, Xandəmirov Fizuli, Qazıyev Rəşad və Mövsümov Vahid daxildir.

Qeyd edək ki, gəmi yanvarın 18-də gecə Bautino qəsəbəsindən 25 km cənubda Urdyuk burnu rayonunda saya oturmuşdu.

Fəlakət rayonuna Qazaxıstanın kontinental şelfində fəaliyyət göstərən "Acip KKO" şirkətinə məxsus yedəkli buzqıran gəmi göndərilmişdir.

Xəbər lenti

Xəbər lenti