Yanvarın 19-da Silahlı Qüvvələrimizin nümayəndələri Almaniya Federativ Respublikasının Oberammerqau şəhərində öz işinə başlayan "Sülh Naminə Tərəfdaşlıq" planlaşdırma konfransında iştirak edirlər. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilir və yanvarın 20-də yekunlaşacaq.
Yanvarın 20-dən etibarən isə Silahlı Qüvvələrmizin nümayəndələri Qarmiş Partinkirxen şəhərində "Avropa Təhlükəsizlik Elmləri" çərçivəsində başlanacaq kurslara qatılacaqlar. Tədbir aprelin 13-nədək davam edəcək.