...

MSK 6 noyabr seçkisində iştirak etmiş 500 nəfər namizədi məhkəməyə verib

Siyasət Materials 19 Yanvar 2006 18:39 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) 6 noyabr parlament seçkisində namizəd olmuş 1250 nəfər şəxsdən ümumilikdə bir milyard 250 milyon manatı geri almaq üçün məhkəmələrə müraciət edib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ramiz İbrahimov məlumat verib.

O, bildirib ki, ötən il 6 noyabrda keçirilmiş parlament seçkisində iştirak etmiş 1250 nəfər namizədin hər birinə dövlət büdcəsindən bir milyon manat pul verilmişdi. Qanunvericiliyə əsasən, dövlət tərəfindən ödənilən vəsait yalnız deputat seçilmiş və seçicilərin ümumi səsinin 3 faizdən artığını toplamış namizədlərdən geri alınmır. Lakin qalan namizədlər isə seçkinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənən vaxtdan 10 gün ərzində bu pulu geri qaytarmalıdır. Lakin indiyədək belə namizədlərdən yalnız 50 nəfəri bu pulu qaytarıb.

"Dövlət büdcəsinə cəmi 50 milyon manat ödənilib. Bəzi namizədlər pulu geri qaytarmaqla bağlı öhdəlik götürüb. MSK da onların pulu geri qaytaracağını gözlədiyi üçün hələlik həmin şəxslərin barəsində məhkəməyə müraciət etməyib. Lakin 500 nəfər namizəd ümumiyyətlə pulu ödəməkdən imtina etdiyi üçün 500 milyon manatın geri alınması üçün MSK tərəfindən məhkəmələrə müraciət olunub"-deyə R.İbrahimov bildirib.

Xəbər lenti

Xəbər lenti