...

Arzuxan Əlizadə AMİP-in baş katibi postuna qaytarılmayacaq

Siyasət Materials 19 Yanvar 2006 19:17 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi olmuş, Mərkəzi Seçki Komissiyasının üzvü Arzuxan Əlizadə partiyada yenidən bu vəzifəsinə qaytarılmayacaq. Bu barədə Trend ə Arzuxan Əlizadə özü məlumat verib.

O, bildirib ki, AMİP-in Mərkəzi Şurasının bu il 8 yanvarda keçirilmiş iclasında baş katib vəzifəsindən istefası barəsində ərizə verib və müraciəti qəbul olunub. AMİP-in yanvarın 22-də keçiriləcək fövqəladə qurultayında, həmçinin ondan sonra çağrılacaq növbəti qrultayda baş katib təyin olunmayacaq. Çünki AMİP Nizamnaməsinə əsasən qurultayda yalnız partiyanın sədri və Mərkəzi Şura seçilir. Mərkəzi Şuranın ilk iclasında bu quruma sədr seçilir. Baş katib postuna isə qurultaydan sonra partiyanın sədri təyinat verir.

Arzuxan Əlizadənin sözlərinə görə, qurultaydan sonra o, yenidən AMİP-in baş katibi postuna təyin edilməyəcək. Amma A.Əlizadə AMİP-in lideri Etibar Məmmədovun rəhbərliyi ilə yanvarın 22-də keçiriləcək qurultaya dəvət olunub.

Xəbər lenti

Xəbər lenti