...

Azərbaycan prezidenti məhkəmə sisteminin müasirləşdirilməsi barədə fərman imzalayıb

Siyasət Materials 20 Yanvar 2006 11:36 (UTC +04:00)

Azərbaycan prezidenti Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bir sıra qanunverici aktlarına əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanunun tətbiqi barədə fərman imzalayıb. Bu barədə Trend məlumat verib.

Fərmanda bildirilir ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra ardıcıl surətdə aparılan məhkəmə islahatının əsas məqsədi ılkəmizdə qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət mexanizmində nüfuzlu və müstəqil bir təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keüirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi, cinayət və mülki mühakimədə demokratik prinsiplərin həyata keüirilməsi, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi və sair məsələlərin konseptual həlli olub.

Qərara alınıb ki, Bakı, Gəncə, sumqayıt, Əlibayramlı, Şəki və Naxçıvan şəhərlərində yeni appelyasiya və yerli iqtisad məhkəmələri yaradılsın.

Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti