...

Azərbaycan prezidenti Şəhidlər Xiyabanını ziyarət edib

Siyasət Materials 20 Yanvar 2006 12:18 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Bakıda Şəhidlər Xiyabanını ziyarət edib. Trend in verdiyi xəbərə görə, dövlət başçısı şəhidlərin Xatirə abidəsi önünə əklil qoyub. Şəhidlərin ruhuna dualar oxunub və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Prezident İlham Əliyevi hökumətin, parlamentin, dövlət idarələrinin rəhbərləri müşaiyət edib. Diplomatik korpusların nümayəndələri faciəli günlə əlaqədar başsağlığı veriblər.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-da SSRİ prezidenti Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu,Ö Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddələrini pozaraq yanvarın 20-də Bakıda fövqəladə vəziyyətin elan olunması barədə fərman imzalayıb. Bir neçə gün ərzində 137 nəfər öldürülüb, 700-ə yaxın adam yaralanıb və 800-dən artıq şəxs isə qanunsuz olaraq həbs edilib.

Xəbər lenti

Xəbər lenti