...

Ali Məhkəmənin sədri Strasburqda keçirilən beynəlxalq seminarda iştirak edib

Siyasət Materials 21 Yanvar 2006 12:58 (UTC +04:00)

Yanvarın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Strasburqda keçirilmiş beynəlxalq mərasimdə iştirak edib. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Nehrəmli məlumat verib.

"Avropa Şurası İnsan Hüquqları Məhkəməsi hökmlərinin icrası və onların təsiri" adlı seminar və məhkəmə ilinin açılışına həsr olunmuş tədbirdə Avropa İnsan Hüquqları Haqqında Konvensiyanın və Avropa İnsan Hüquqları Məhkəməsi hökmlərinin quruma üzv olan ölkələr tərəfindən yerinə yetirilməsi ilə bağlı yaranan problemlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti