...

"Neftçi" Birlik kubokunun sahibidir

Siyasət Materials 23 Yanvar 2006 11:00 (UTC +04:00)
"Neftçi" Birlik kubokunun sahibidir

Birlik kubokunu qazanmaqla "Neftçi" yeni ildə özünə ən gözəl hədiyyəni edib, yəni keçmiş ittifaq ölkələrinin nümayəndələrinin iştirak etdiyi turnirdə 4:2 hesabla "Kaunas"a qalib gəlib.

Trend in xəbər verdiyi kimi, turnir ərəfəsində klubun baş məşqçisi Ağasəlim Mircavadov bildirmişdir ki, Moskvaya səfər Birlik Kubokuna hazırlıq mərhələsi olacaq. Lakin komanda Moskvaya qələbə qazanmaq arzusu ilə getmişdi. Zaur Tağızadə və Rəşad Sadıqov zədələndiklərinə görə turnirdə iştirak etməsə də onların yoxluğu oyunda hiss olunmayıb. Bunu "Kaunas"a qarşı final qarşılaşmasının gedişi də sübut edib. Rəqiblər fasiləyə bərabər hesabla (2:2) çıxsa da, ikinci taymda Branimir Subaşiç "Neftçi"ni irəli çıxarmış, Svyatoslav Stefanov isə cərimə zərbəsi ilə bu uğuru möhkəmlətmişdir (4:2).

Son il ərzində "Neftçi"nin uğurlu transfer siyasəti onun daha da güclü komandaya çevrilməsi ilə nəticələnib. Xüsusilə turnirdə 3 qolun müəllifi serb Subaşiç özünü müsbət cəhətdən göstərib. Aftandil Hacıyev də yaxşı oyunçu kimi qiymətləndirilir. Bu sözləri qapıçı Vladislav Miçeviç haqqında da demək olar. Bir sözlə, kubokun qalibi olan "Neftçi" bütün gücünü Azərbaycan çempionatında iştirak etməyə yönəldəcək.

Xəbər lenti

Xəbər lenti