...

AMİP-in iki qurultayının biri Etibar Məmmədovu, digəri Əli Əliyevi rəhbərlikdən uzaqlaşdırıb

Siyasət Materials 23 Yanvar 2006 13:04 (UTC +04:00)

Yanvarın 22-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) ayrı- ayrılıqda iki fövqəladə qurultayı keçirilib. Trend in məlumatına görə, partiyanın lideri Etibar Məmmədovun rəhbərliyi ilə çağırılan qurultay Xətai adına Mədəniyyət Sarayında, sədr Əli Əliyevin çağırdığı qurultay isə Azərbaycan Demokrat Partiyasının (ADP) akt zalında keçirilib.

Etibar Məmmədovun rəhbərlik etdiyi qurultayda 215 nəfər partiya üzvü iştirak edib, sədrə etimadsızlıq göstərilməsi məsələsi gizli səsverməyə çıxarılıb. 210 nəfərin səs çoxluğu ilə Əli Əliyevə etimadsızlıq göstərilib və o, sədrlikdən uzaqlaşdırılıb. AMİP-ə sədr seçilməsi üçün partiyanın aprel ayına növbəti qurultayı təyin olunub.

Əli Əliyevin çağırdığı qurultayda isə 116 nəfər qurultay iştirakçısı qeydiyyatdan keçib, partiyanın Mərkəzi Şurası və Mərkəzi İntizam Komissiyasının tərkibi buraxılıb və tam yeni tərkibdə formalaşdırılıb. Bu qurultayda həmçinin Nizamnaməyə bir sıra dəyişikliklər də edilib, partiyada lider postu ilə bağlı nəzərdə tutulmuş maddə çıxarılıb. Beləliklə, partiyanın lideri Etibar Məmmədovun da bu səlahiyyətlərinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti