...

Məhkəmə hakimlərinin fəaliyyətinin qiymətləndirilməsi oktyabr ayınadək uzadılıb

Siyasət Materials 23 Yanvar 2006 13:11 (UTC +04:00)

Hazırda fəaliyyət göstərən Azərbaycanın məhkəmə hakimlərinin fəaliyyətinin qiymətləndirilməsi oktyabr ayınadək uzadılıb. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

Qeyd edək ki, 2000-ci ildə formalaşmış məhkəmə hakim korpusunun qanunvericilikdə nəzərdə tutulmuş 5 illik fəaliyyət müddəti bir neçə ay əvvəl bitib. Lakin vakant hakim yerlərinə seçkiylə bağlı imtahanlar başa çatmadığı üçün hazırkı korpusun fəaliyyəti və həmin fəaliyyətin qiymətləndirilməsi müddəti uzadılıb.

Oktyabr ayında Məhkəmə Hüquq Şurası tərəfindən yekun siyahı hazırlanacaq və təsdiqlənməsi üçün Prezidentə təqdim olunacaq. Həmin siyahıda həm hazırkı hakim korpusunun 5 illik fəaliyyətində nöqsan aşkar edilməyən hakimlərinin, həm də vakant hakim yerlərinə seçilmək üçün imtahandan uğurla keçmiş namizədlərin adları daxil ediləcək.

Uzun müddət hakim işləyənlərin fəaliyyəti 65 yaşınadək, 5 il əvvəl seçilmiş hakimlərin fəaliyyəti 10 ilədək, növbəti seçkidə uğur qazanmış və hakim seçilmiş şəxslərinsə fəaliyyəti 5 ilədək müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti