...

Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşəcək

Siyasət Materials 23 Yanvar 2006 18:02 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşəcək

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirmək üçün yaxın vaxtlarda Parisdə görüşəcəklər. Trend in məlumatına görə, bu barədə yanvarın 23-də Azərbaycanın xarici işlər nazirinin müavini, Dablıq Qarabağ münaqişəsi üzrə prezidentin xüsusi nümayəndəsi Araz Əzimov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-19-da Londonda keçirilən danışıqlarının yekunları üzrə keçirilən brifinqdə bəyan edib.

Prezidentlərin növbəti görüşü ilə bağlı razılaşma görüşün bu ilin fevralında keçirilməsi təşəbbüsü ilə çıxış edən Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə əldə olunub.

A.Əzimovun sözlərinə görə, hələlik görüşün dəqiq qrafiki müəyyən edilməyib.

"Münaqişə tərəflərinin dövlət başçılarının müzakirələrinə daxil edilməsini tələb edən bir sıra prinsipial xarakter daşıyan məsələlər var".

Xəbər lenti

Xəbər lenti