...

Rusiyanın müdafiə naziri Sergey İvanov Bakıya gəlib

Siyasət Materials 23 Yanvar 2006 20:51 (UTC +04:00)

Yanvarın 23-də Rusiya Federasiyası baş nazirinin müavini, müdafiə naziri Sergey İvanov Bakıya gəlib. Trend bildirir ki, hava limanına çatandan dərhal sonra qonaq bağlı qapılar arxasında Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb və bu barədə KİV-ə heç bir bəyanat edilməyib.

Yanvarın 24-də Sergey İvanov eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Sonra onun müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, baş nazir Artur Rəsizadə, günün ikinci yarısında isə prezident İlham Əliyevlə görüşləri planlaşdırılıb.

Yanvarın 25-də S.İvanovun Qəbələ rayonuna səfəri planlaşdırılıb, orada nazir Rusiya tərəfindən icarəyə götürülən radiolokasiya stansiyasına baş çəkəcək.

Bundan sonra Rusiya müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başa çatacaq və o, Ermənistana yola düşəcək.

Xəbər lenti

Xəbər lenti