...

Sergey İvanov: "Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi istisna olunmayıb"

Siyasət Materials 24 Yanvar 2006 11:28 (UTC +04:00)
Sergey İvanov: "Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi istisna olunmayıb"

"Mən Dağlıq Qarabağ münaqişə zonasında Rusiya silahlı qüvvələrinin yerləşdirilməsi imkanını istisna edə bilmərəm". Trend in xəbər verdiyi kimi, bu barədə yanvarın 24-də Rusiya Federasiyasının hökumət sədri, müdafiə naziri Sergey İvanov jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

"Mənim fikrimcə, indi bu barədə danışmaq bir qədər tezdir, amma mən bu məsələni istisna edə bilmərəm. Ən başlıcası - münaqişənin diplomatik yolla nizama salınması siyasətidir ki, bundan sonra da sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi ilə bağlı konkret variantları və s. ciddi surətdə nəzərdən keçirmək mümkün olacaq", - deyə o bildirib.

Nazirin sözlərinə görə, bu, çox millətli qüvvələr çərçivəsində də mümkündür.

S.İvanov qeyd edib ki, "sülhməramlı qüvvələrin yerləşdirilməsi ikinci dərəcəlidir. Münaqişənin nizama salınması isə daha mühümdür".

Yanvarın 24-ü səhər nazir Fəxri Xiyabana baş çəkib və Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarına əklil qoyub.

Daha sonra Azərbaycanın Müdafiə nazirliyində mətbuat konfransının keçirilməsi və müdafiə naziri Səfər Əbiyevlə görüş nəzərdə tutulub.

Bundan başqa S.İvanovun baş nazir Artur Rasizadə və prezident İlham Əliyevlə görüşü gözlənilir.

Yanvarın 25-də RF hökumətinin sədr müavini Qəbələ rayonundakı radiolokasiya stansiyasına baş çəkdikdən sonra Yerevana yola düşəcək.

Xatırladaq ki, S.İvanov Bakıya yanvarın 24-ü axşam gəlib.

Xəbər lenti

Xəbər lenti