...

2005-ci ildə Naxçıvan Dövlət Gömrük Komitəsi büdcəyə 20 milyard 406 milyon manat vəsait keçirib

Siyasət Materials 24 Yanvar 2006 12:47 (UTC +04:00)

Hər hansı bir dövlətdə xarici əlaqələrin tənzimlənməsi, iqtisadiyyatın inkişafı , daxili bazarın stimullaşdırılması gömrük orqanlarının fəaliyyəti ilə sıx bağlıdır. Naxçıvan Dövlət Gömrük Komitəsinin gördüyü işlərin yekun iclasında komitənin sədri, gömrük xidmətinin general mayoru Asəf Məmmədov ətraflı məlumat verib. Sədərək Gömrük İdarəsi üçün yeni binalar tikilmiş, müasir avadanlıqlar, maşın və texniki nəzarət vasitəsilə təmin edilib və keçid məntəqəsi istiəfadəyə verilib. Gülfa gömrükhanasında bu işlər davam etdirilir. Sonra komitənin müvafiq şöbə və tabeli orqanları işçilərinin hesabatı dinlənilib. Ötən ildə komitə tərəfindən planlaşdırılan 12 milyard manat proqnoza qarşı 20 milyard 406 milyon manat toplanaraq büdcyə göçürülmüşdür ki, bu da keçən ilin müvafyiq dövründən 4 milyard 775 milyon manat və ya 30,4% çox olub.

Ötən il 16 xarici dövlətlə ticarət əlaqəsi saxlayan Muxtar Respublikada idxal-ixrac əməliyyatları isə 54 milyon 477 min 452 ABŞ dollar təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 26,5% çox olub. Gömrükçülərin uğurları dövlətin onlara göstərdikləri qayğının nəticəsidir. Uğurlarla yanaşı nöqsanlar da var. Gömrük idarələrində əksər hallarda yük şöbələrində əməkdaşlar bəyannaməni qrafika uyğun aparmırlar, möhürlər səthi vurulduqundan bəzən onlar oxunmur.

Naxçıvan hava nəqliyyatında gömrük idarəsinin Moskva-Naxçıvan reyslərinə zəif nəzarət nəticəsidir ki, il ərzində kommersiya məqsədilə heç bir mal rəsmiləşdirilməyib. Halbuki 50 kq və ya 1000 ABŞ dolları dəyəfrindən artıq mal kommersiya məqsədi daşıyır. Və bütün reyslərdə olmasa da, bəzilərində belə yüklər gətirilib. Komitənin sədri çıxışında nöqsanların cari ilin birinci rübündə aradan qaldırılması üçün aidiyyəti şöbələrə, gömrük idarələrinə konkret tapşırıqlar verib və qeyd edib ki, ötən il gömrük zonalaraında vətəndaşlara nəzarət zəif təşkil olunub. Sədərək Gömrük İdarəsində yüklərin monitora cəlb olunması işi zəif təşkil olunub.

Qaçaqmalçılıqla mübarizədə fəaliyyətsizlik isə Cülfa Gömrük İdarəsində və Şaxtaxtı Gömrük postunda özünü daha çox biruzə verib. Yerli bazarın tələbatının ödənilməsi də yaxşı təşkil olunmayıb. Bu işlərə nəzarət xeyli gücləndirilməlidir. Maşınlara nəzarət, əməkdaşların sənədlərin düzcün yoxlanılması barədə əvvəlki iradlara baxmayaraq bu işdə də əsaslı dönüş yaranmayıb.

Kollegiya iclasında Muxtar Respublika Ali Məclisi Aparatının şöbə müdiri Şükür Babayev çıxış edib, qarşıda duran vəzifələrdən danışıb. Muxtar Respublikaya daxil olan məhsulların keyfiyyətinə , ekspertizasını, əmtəələrin qablaşdırılmasına nəzarətin gücləndirilməlidir. Gömrük əməkdaşları keçid məntəqələrində vətəndaşlarla ünsiyyətdə peşakarlıq nümayiş etdirməli, onlara etimad olunan vəzifə və tapşırıqların öhdəsindən gəlməyi bacarmalıdırlar.

Xəbər lenti

Xəbər lenti