...

Sergey İvanov: Rusiya regionda qüvvələr balansını nəzərə almaqla Azərbaycan və Ermənistana silah satmağa hazırdır

Siyasət Materials 24 Yanvar 2006 13:31 (UTC +04:00)
Sergey İvanov:  Rusiya regionda qüvvələr balansını nəzərə almaqla Azərbaycan və Ermənistana silah satmağa hazırdır

Rusiya regionda qüvvələr balansını nəzərə almaqla Azərbaycan və Ermənistana silah satmağa hazırdır. Trend in verdiyi məlumata görə, bu barədə jurnalistlərə Azərbaycana rəsmi səfərə başlayan RF-nın baş nazirinin müavini, müdafiə naziri Sergey İvanov jurnalistlərə bəyan edib.

Nazir bildirib ki, o " Rusiyanın nə üçün guya Ermənistanı silahlandırması kimi suallara cavab verməyə artıq öyrəşib ". Silahların və hərbi sursatın bir hissəsinin Gürcüstandan Ermənistana keçirilməsindən danışarkən o bildirib ki, "onlar Rusiyanın bir bazasından digərinə köçürülüb ". "Onlar Rusiyanın mülkiyyəti olaraq qalırlar. Ona görə də Rusiyanın Ermənistanı silahlandırmasından danışmaq ən azı doğru deyil ", - deyə o bildirib.

"Silah satışına gəldikdə isə biz regionda qüvvələr balansını nəzərə almaqla və kommersiya əsasları ilə Ermənistan və Azərbaycana silah satmağa hazırıq", - deyə nazir qeyd edib.

Nazir bildirib ki, o, Azərbaycanda və Bakıya səfərindən dərhal yola düşəcəyi Ermənistandakı Rusiya hərbi hissələrinə baş çəkəcək. Azərbaycanda - "Daryal" RLS-na, Ermənistanda 102 saylı hərbi bazaya. "Hissələrin Gürcüstandakı Axalkalaki bazasından oraya aparılacaq son silah və texnikanın qəbuluna nə dərəcədə hazır olduqlarını yoxlamaq istəyirəm ", - deyə İvanov bildirib. Məlumatı PRAYM-TASS yayıb.

Xəbər lenti

Xəbər lenti