...

Müsavat Partiyası millət vəkili Aynur Camalqızının məsələsi ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət verə bilər

Siyasət Materials 24 Yanvar 2006 13:48 (UTC +04:00)

"Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) partiyanın keçmiş üzvü millət vəkili Aynur Camalqızı ilə bağlı məsələni bir ay müddətində araşdırmalıdır". Bu barədə Trend ə MNTK-nın sədri İbrahim İbrahimli bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının üzvü olan A.Camalqızı 2005-ci il 6 noyabr parlament seçkilərində müstəqil şəkildə iştirak etdiyinə görə partiya sıralarından xaric edilib. Bununla bağlı A.Camalqızının Səbail Rayon Məhkəməsinə idda ərizəsi təmin edilərək partiya sıralarına bərpa edilməsi barədə qərar çıxarılıb. Lakin onun Müsavat Partiyasının rəhbərliyi ilə razılaşmadan atdığı addımların araşdırılması MNTK-na həvalə edilib. MNTK isə bu araşdırmanı yanvarın 18-dən başlayıb.

"Ola bilər ki, məsələ ilə bağlı araşdırma gələn həftə başa çatsın", - deyən İ.İbrahimli onu da vurğulayıb ki, məhkəmənin qərarı partiyanın daxili işlərinə qarışması kimi qiymətləndirilməlidir. Çünki dünya praktikasında belə bir məsələnin məhkəmə yolu ilə həlli görünməyib. İ.İbrahimli onu da bildirib ki, Müsavat Partiyası Səbail Rayon Məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət edə bilər.

Onu da qeyd edək ki, A.Camalqızı ilə bağlı məsələni araşdırmaq komissiyanın Səbail rayon təşkilatının kuratoru Məzahir Məmmədliyə tapşırılıb.

Xəbər lenti

Xəbər lenti