...

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı Gənclər günü ilə bağlı dəyirmi masa təşkil edəcək

Siyasət Materials 24 Yanvar 2006 14:01 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı fevralın 2-də Gənclər günü ilə bağlı ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının respublika səviyyəli dəyirmi masasını təşkil edəcək. Bu barədə Trend ə adıçəkilən hərəkatın təsisçisi Fərhad Məmmədov bildirib.

F.Məmmədov onu da bildirib ki, artıq bu istiqamətdə bir neçə gənclər təşkilatı və hərəkatları ilə danışıqlar aparılır: "Məqsədimiz gənclərin siyasi fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və gələcək siyasi planları barədə müzakirələr aparmaqdır".

"Ölkədə fəaliyyət göstərən qeyri-hökumət gənclər təşkilatlarının Koordinasiya Şurasını formalaşdırmaq istəyi gələcəkdə heç bir müsbət nəticə verməyəcək" - deyən F.Məmmədov bu prinsiplə gənclər təşkilatlarının fəaliyyətinin istiqamətləndirilməsinin mümkünsüz olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti