...

İlham Əliyev Serbiya və Çernoqoriya prezidentinə başsağlığı verib

Siyasət Materials 24 Yanvar 2006 16:35 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, yanvarın 24-də Azərbaycan prezidenti İlham Əliyev çoxlu sayda insan itkisi ilə nəticələnmiş dəmiryol qəzası ilə bağlı Serbiya və Çernoqoriya prezidenti Svetozar Maroviçə başsağlığı məktubu göndərib.

Məktubda bildirilir: "Sərnişin qatarının qəzaya uğraması haqqında xəbər məni dərindən kədərləndirib. Azərbaycan xalqı və öz adımdan sizin kədərinizə şərik olur, həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara və şikəst olanlara isə tezliklə sağalmağı arzulayıram".

Xəbər lenti

Xəbər lenti