...

Antiinhisar siyasəti departamenti Azeronline və internet-provayder arasında mübahisəni həll etdi

Siyasət Materials 24 Yanvar 2006 19:58 (UTC +04:00)
Antiinhisar siyasəti departamenti Azeronline və internet-provayder arasında mübahisəni həll etdi

İqtisadi inkişaf nazirliyi Antiinhisar siyasəti departamentinin Komissiyası Azeronline şirkəti tərəfindən Sim-Sim əmtəə nişanından istifadəsini aradan qaldırdı və internet provayder şirkətlərinə tövsiyə etdib ki, Azeronline İP ünvarlarına gediş və gəliş trafiklərinə qadağa qoyulması qərarını ləğv etsin.

Departament müdiri Rəhim Hüseynovun sözlərinə istinadən Trend bildirir ki, yanvarın 23-ə keçirilmiş monitorinqə əsasən Azeronline artıq Sim-Sim əmtəə nişanından istifadə etmir. "Hazırda Azeronline'a aid reklam materiallarında və qiymət çədvəllərində Sim-Sim əmtəə nişanından istifadə etməsi dayandırılmışdır", R. Hüseynov bildrirdi.

O, həmçinin digər 14 internet provayder şirkətlərin Azeronline'a qarşı addımlarını da yolverilməz saydı.

Xəbər lenti

Xəbər lenti